Sumqayıtlı əfsanəvi karateçi Rusiyaya yollanacaq.
Sumqayit24.az-ın məlumatına görə, ölkənin Karate Federasiyası tərəfindən 22-29 iyul tarixlərində “RUSSİA OPEN İnternational Camp 2.0” təşkil olunacaq. 5 qat dünya, 11 qat Avropa, Karate Kombat üzrə Dünya çempionu, Olimpiya Oyunlarının gümüş medalçısı Rafael Ağayev də Soçidə keçiriləcək tədbirə təlimçi qismində dəvət edilib.