Azərbaycanın olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rafael Ağayevə vəzifə verilib.
Prosport.az-ın məlumatına görə, sumqayıtlı karateçi Milli Olimpiya Komitəsinin (MOK) Hesabat-Seçki Baş Məclisində iştirak edib. O, fərdi üzv kimi MOK-un növbəti 4 il müddətinə üzvü kimi qəbul olunub. Beləliklə, tanınmış idmançımızın bugünkü MOK Baş Məclisinin seçki prosesində səsvermə hüququ yaranıb.