Sumqayıtlı karateçi Rafael Ağayevin qatılacağı “Karate Combat”-ın keçirilmə tarixi açıqlanıb. Sumqayıt24 bu haqda bu gün, 2 iyun tarixində turnirin saytına istinadən xəbər verir.
Məlumata əsasən, yarış 11 iyun tarixindən başlayacaq. Həmin gün Rafael Ağayev macarıstanlı Jolt Habda ilə qarşılaşacaq. “Qara brilliant”ımızın tək hədəfi Dünya çempionu olmaqdır.