“Sumqayıt”ın legioneri Antalya toplanışına qatılmayıb. Sumqayıt24 bu haqda 17 yanvar tarixində Bizim.media-ya istinadən xəbər verir.
Riçard Qadzenin digər futbolçularla məqşlərə və yoldaşlıq oyununa çıxmaması bəzi azarkeşlər tərəfindən narahatlıqla qarşılanıb. Məlumata görə, o, hazırlıq prosesinə şəxsi problemlərinə görə qoşula bilməyib.
Hətta qanalı forvardın məhz bu səbəbdən komandanı tərk edəcəyi gözlənilir. “Sumqayıt”ın digər legioneri, portuqaliyalı Filipe Çabi isə təlim-məşq toplanışını zədəli olduğuna görə buraxıb.