top
Roi Kehat Sumqayıt barədə danışıb - MÜSAHİBƏ
22 iyul 2025, 03:43
- +

Roi Kehat "Sumqayıt" barədə danışıb - MÜSAHİBƏ

"Sumqayıt"ın futbolçusu Roi Kehat Teleqraf.az-a müsahibə verib.

Futbolçu həm özü, həm də komandası barədə danışıb. Sözügedən müsahibəni təqdim edirik:

- Artıq iki ildir ki, "Sumqayıt"ın şərəfini qoruyursunuz. Burada özünüzü necə hiss edirsiniz?

- Ümumiyyətlə, Sumqayıtdakı təcrübəm yaxşıdır. Əlbəttə, ilk ilim komandanın uğuru baxımından ikincidən daha yaxşı idi. Özümü yaxşı hiss edirəm və bu iki ildə bacarıqlarımı göstərməyə çalışmışam. Məqsədim komandaya mümkün qədər töhfə verməyə davam etməkdir. Azərbaycanda özümü əla hiss edirəm. Buradakı həyatımdan həzz alır və özümü uzun illər burada görürəm.

- Komandanın yeni baş məşqçisi Saşa İliçlə ilkin məşqlər necə keçir?

- İlk məşqlər yaxşı tempdə keçirilir, məşqçi heyəti bizi mərhələli şəkildə mövsümün startına necə hazırlayacağını bilir, baş məşqçinin yanaşması çox tələbkardır. O, futbolçulardan görmək istədiyini mütləq vurğulayır və təkrarlayır ki, üslubumuzu özünün istədiyi oyuna uyğunlaşdıra bilək.

- Saşa İliçin gəlişi komandanın daxili ab-havasını necə dəyişdi?

- Hər yeni mövsümdə həmişə yüksək motivasiya olur. Mövsümlərarası fasilədə dincəldikdən sonra qarşıdakı mövsümdə daha yaxşı olmaq üçün işləməyə böyük enerji ilə gəlirsən.

- Onun xüsusi nizam-intizam qaydaları var?

- Meydanda taktiki nizam-intizam İliç üçün çox vacibdir.

- Sizinlə şəxsi danışığı olub?

- Bir peşəkar olaraq, məşq zamanı onunla məndən gözləntiləri və hansı mövqedə oynadacağı barədə danışmışam. Çox açıq fikirli və ünsiyətcildir.

- Saşa İliçlə sabiq baş məşqçiniz Vaqif Cavadovu necə müqayisə edərdiniz?

- Məşqçiləri müqayisə etməyi sevmirəm, hərəsinin öz üslubu və yanaşması var. Fikir bildirmək mənlik deyil, öz işimi görmək və ən yaxşı olmağa çalışıram.

- "Sumqayıt"da bir neçə baş məşqçi ilə çalışmısınız. Hansı mütəxəssisin rəhbərliyi altında özünüzü daha sərbəst və inamlı hiss etmisiniz?

- Əvvəlki iki ildə olan iki baş məşqçi mənə inam və özümü göstərmək üçün şans verdi. "Sumqayıt"da olduğum ilk ildə bütövlükdə komanda daha yaxşı idi. Samir Abasov futbolçuların maksimum bacarıqlarını üzə çıxarmağı bacarırdı.

- Komandada bir çox futbolçu dəyişikliyi baş verib. Hansı oyunçunun gedişinə üzülürsünüz?

- Bəli, bu il çox dəyişikliklər oldu. Hər bir futbol komandasında nəsil dəyişikliyi baş verən il olur. Burada paltardəyişmə otağında və meydanda çox əhəmiyyətli fiqurlar var idi. Klub bu boşluğu dolduracaq oyunçuları necə tapacağını bilməlidir. Bu, digər oyunçular üçün öz bacarıqlarını göstərmək və fürsətdən istifadə etmək üçün əla fürsətdir.

- Azərbaycan və vətəniniz İsraildən başqa Avstriyada "Austriya Vyana" komandasında oynamısınız. Bu üç ölkənin azarkeşlərini necə müqayisə edərdiniz?

- Məncə, İsrail və Avstriyada azarkeş mədəniyyəti oxşardır, böyük komandalar var ki, onların ev oyununa 10-20 min azarkeş gəlir, digər komandaların isə azarkeş sayı daha azdır. İsraildə ölkə kiçik, futbol isə çox populyar olduğundan hər yerdə bu idman növü barədə söhbətlər eşidə bilərsiniz. Azərbaycan Premyer Liqasının oyunlarında çoxlu sayda azarkeş olmur, yalnız böyük və ya çox vacib görüşlər istisna olmaqla. Mənim ilk mövsümümdə bir neçə ev oyunumuzda da çoxlu sayda azarkeş var idi. Mehdi Hüseynzadə adına Sumqayıt şəhəri stadionu hər oyunda azarkeşlə dolu olsaydı, sevinərdim, bu, komandanın uğurlarına töhfə verərdi.

- Bu ölkələrin futbol infrastukturu necə fərqlənir?

- Azərbaycan komandalarının məqsədləri digərlərindəki kimidir. Çoxlu pulu olan komandalar yüksək şərtlər qoyur, büdcəsi az olan komandalar isə futbol komandasında olmalı əsas şeylərə cavab verməyə çalışırlar. Oyunun keyfiyyətinə gəlincə, Avstriyada temp adətən daha yüksək olur.

- "Sumqayıt" karyeranızda ən unudulmaz oyun hansıdır?

- İki unudulmaz oyunum var. Biri ilk mövsümümdə avrokubokların təsnifat mərhələsinə vəsiqə uğrunda mübarizəmizdə "Qarabağ"a vurduğum qolla minimal hesabla qalib gəldiyimiz görüş idi. Həyat yoldaşım, övladlarım, İsraildən olan ən yaxın dostlarım öz ailələri ilə birlikdə tribunada idilər. Həmin mövsümün son oyununda "Qəbələ" ilə qarşılaşma da unudulmazlardandır. Stadionumuz tam dolu idi. Qələbə bizi UEFA Konfrans Liqasına aparırdı. Təzyiqə tab gətirdik və qalib gələrək vəsiqəni əldə etdik. Bu sevinci yaşamaq möhtəşəm idi.

- Sizcə, "Sumqayıt"ın hansı oyununda azarkeşlərin nəticəyə təsiri daha çox olub?

- "Neftçi"yə qarşı yeni stadionda ilk oyunumuzu deyərdim. Tribunalar dolu idi, əsl bayram ab-havası hökm sürürdü. Azarkeşlər oyun boyu bizi alqışlayırdılar. Bu, futbolçuların motivasiyasını göylərə qaldırmışdı. Artıq ilk hissədə 2:0 hesabı ilə önə keçmişdik.

- Azərbaycan Premyer Liqasında hansı komanda ilə səfər oyunu sizi daha çox həyəcanlandırır?

- Hiss edirəm ki, "Neftçi" ilə oyunlar kluba digər görüşlərdən fərqli motivasiya verir. Bu il daha da xüsusi olacaq, çünki iki önəmli futbolçumuz oraya keçib. Həmçinin yanvarda bizdən ayrılaraq "Neftçi"yə keçmiş baş məşqçi Samir Abasov amili də klublar arasında rəqabəti artırır.

- Növbəti mövsüm komandanı neçənci pillədə görürsünüz?

⁠- Müəyyən pilləni hədəfləmək çox çətindir. Heyətimiz böyük dəyişikliklərdən keçir və bünövrəsi dəyişən yaxşı komanda yetişdirmək asan deyil. Hamımız bilirik ki, gələn yaxşı oyunçular da həmişə öz bacarıqlarını reallaşdıra bilmirlər.

- Bəs öz qarşınıza müəyyən sayda qol və məhsuldar ötürmə hədəfi qoymusunuz?

- Şəxsən mənim konkret hədəfim yoxdur.

- Azərbaycan həyatınız barədə danışın. Dili öyrənməyə başlamısınız?

-Hələ başlamamışam, əsasən saymağı və bir neçə əsas sözü bilirəm. Meydanda və meydandan kənarda ingilis dilindən istifadə edirəm. İngilis dilini bilməyən biri ilə danışmaq istəyən zaman oyunçulardan kömək almağa çalışıram. Düşünürəm ki, ingilis dilini bilmək futbolçular və ümumilikdə həyat üçün vacibdir.

- İsraildəki qohumlarınız sizi ziyarət etmək üçün bura gəlir?

- Bəli, çox gəlirlər. İsraildə olan mənim və həyat yoldaşımın valideynləri artıq 6-7 dəfə burada olublar. Keçən il ABŞ-dən qardaşım gəlib, dostlarımız da bir neçə dəfə gəlib. İki-üç aydan bir qonağım olur.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 19:00

Azərbaycanda əhalinin gəlirləri artıb

Bütün xəbərlər
Bu gün, 18:30

Sumqayıtda sakinlərin şikayət etdiyi ərazi təmizləndi

Bütün xəbərlər
Bu gün, 18:10

Bakıdan Sumqayıta köçmək üçün 6 səbəb: mənzil, tıxac və qiymətlər

Bütün xəbərlər
Bu gün, 17:40

"İki aydır bağlıdır" - Sumqayıtda zirzəmi problemi

Bütün xəbərlər
Bu gün, 17:10

Sumqayıtda avtobus sürücüsü təhlükəli manevr etdi - Velosipedçi yaralandı

İdman
Bu gün, 16:50

Sumqayıt cüdosunun canlı əfsanəsi 81 yaşında

İdman
Bu gün, 15:50

"Daha çox transfer edəcəyik" - "Sumqayıt"ın baş məşqçisi

Bütün xəbərlər
Bu gün, 15:20

Bu ilin 7 ayında məişət zorakılığından zərər çəkmiş 25 uşaq sosial reabilitasiya xidmətləri ilə təmin edilib

Bütün xəbərlər
Bu gün, 14:50

Özünü müəllim adlandıran 64 yaşlı naxçıvanlı Sumqayıtda səfil həyatı yaşayır - VİDEO

Bütün xəbərlər
Bu gün, 14:20

Sumqayıtda işıqlar hər gün sönür - ŞİKAYƏT

İdman
Bu gün, 14:00

"Sumqayıt" - "Neftçi" matçının stadionu dəyişdirildi

Bütün xəbərlər
Bu gün, 13:40

Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşağın vəziyyəti ağırdır

Bütün xəbərlər
Bu gün, 13:20

Sumqayıt bələdiyyəsinin sədr müavini Türkiyədə festivala qatılıb

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıtda sabah hava yağışlı ola bilər

İdman
Bu gün, 12:40

"Sumqayıt"a yox dedi, Hindistanı seçdi

Bütün xəbərlər
Bu gün, 12:20

Sumqayıtda bu məktəblər ingilis dili nəticələrinə görə FƏRQLƏNDİ

Bütün xəbərlər
Bu gün, 12:00

Sumqayıtda kişi maşınında ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 11:36

Sumqayıt sakini dənizdə boğulub ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 11:00

Rəsmlər "canlandı" - Sumqayıtda maraqlı sərgi

Bütün xəbərlər
Bu gün, 10:40

Sumqayıt bulvarında 62 yaşlı kişi ÖLÜB

Bütün xəbərlər
Bu gün, 10:20

Sumqayıtda 19 yaşlı usta köməkçisi damdan yıxılaraq öldü

İdman
Bu gün, 10:00

Sumqayıtlı xanım cüdoçular Avropaya səs saldılar

Bütün xəbərlər
Bu gün, 09:40

Sumqayıtda bu gün külək güclənəcək

Bütün xəbərlər
Bu gün, 09:17

Sumqayıtda motosiklet sürücülərinə qarşı reyd keçirildi

Oxşar xəbərlər