Sumqayıt şəhərinin taekvondo üzrə baş məşqçisi vəzifəsinə yeni təyinat olub. Bu haqda Gənclər və İdman Baş İdarəsi məlumat yayıb.
İdarə tərəfindən həmin vəzifəyə Vurğun Cəfərov təyin olunub. O, Azərbaycanın Əməkdar məşqçisi, yeniyetmələrdən ibarət Milli yığma komandanın böyük məşqçisidir.
Bundan öncə baş məşqçi vəzifəsini Şahmurad Əlimuradov icra edirdi. Lakin o, səhhəti ilə bağlı olaraq işindən azad edilmişdir.