Qrossmeyster Şəhriyar Məmmədyarov Çempionlar Turunun "Airthings Masters" mərhələsində ABŞ-ı təmsil edən ermənistanlı Levon Aronyanla üz-üzə gəlib. Sumqayıt24 bu haqda yarışın rəsmi saytına istinadən xəbər verir.
Oyun, norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi turnirin 11-ci turu çərçivəsində baş tutub. Qara fiqurlarla oynayan sumqayıtlı şahmatçı 41-ci gedişdə heç-heçəyə razılaşıb.
Qeyd edək ki, Məmmədyarov hazırda 16 şahmatçı arasında 15-ci pillədə qərarlaşıb. Onun hesabında 10 xal var.