Sumqayıtlı şahmat ustası FIDE Qran-prisinin III mərhələsində növbəti rəqibi ilə qarşılaşacaq. O, B qrupunda mübarizə aparır. Sumqayıt24 bu haqda turnirin rəsmi saytına istinadən xəbər verir.
Hazırda 3 xalı olan Şəhriyar Məmmədyarov 6-cı turda rusiyalı Daniil Dubovla üz-üzə gələcək. Təmsilçimiz ağ fiqurlarla oynayacaq.
Adıçəkilən şahmatçılar arasında keçirilən ilk oyun heç-heçə ilə bitmişdir.