Şahmat ustası FIDE Qran-prisinin 4-cü turunda çinli Yu Yanqyu ilə cavab oyununa çıxacaq. İdmançıların ilk qarşılaşması bərabərliklə bitmişdir. Bu haqda Sumqayıt24 turnirin rəsmi saytına istinadən xəbər verir.
Bu oyun zamanı sumqayıtlı Şəhriyar Məmmədyarov ağ fiqurlarla mübarizə aparacaq. D qrupu çərçivəsində keçiriləcək qarşılaşma bu gün, 4 mart tarixində Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Yarış Serbiyanın paytaxtı Belqradda təşkil olunub.