ABŞ şahmatçısı Hikaru Nakamura sumqayıtlı Şəhriyar Məmmədyarovdan danışıb. Sumqayıt24 bu haqda bu gün, 2 aprel tarixində Report-a istinadən xəbər verir.
Xəbər verdiyimiz kimi, adlarını çəkdiyimiz şahmatçılar FIDE Qran-prisinın III mərhələsinin yarımfinalında qarşılaşıblar və Məmmədyarov məğlub olub. Oyun haqda danışan Nakamura, Məmmədyarovla ilk görüşün asan keçmədiyini və bir qədər bəxtinin gətirdiyini bildirib.
“Heç-heçə etdiyimiz birinci partiya olduqca mürəkkəb keçib. Məncə, rəqibin bu qarşılaşmada qalib gəlmək şansları çox idi, sadəcə, vaxtı çatmadı. Tay-breyk görüşündə müdafiə xəttini düzgün qurdum və qalib gəldim", - deyə o, əlavə edib.