Sumqayıtlı sərbəst güləşçilər respublika birinciliyində ilk üçlükdə qərarlaşıblar. Sumqayıt24 bu haqda Təhsil Şöbəsinə istinadən yazır.
“Təhsil” Respublika İdman Mərkəzinin birinciliyində uşaq-gənclər idman-şahmat məktəblərindən 24 komanda olmaqla 259 nəfər 13-15 yaşlı idmançı mübarizə aparıb.
Yarışın nəticəsinə görə Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbi 3-cü yeri tutub. Qaliblər mərkəz tərəfindən diplom və medalla təltif olunub.