“Sabah” – “Sumqayıt” matçının təyinatları açıqlanıb.
Sumqayit24.az xəbər verir ki, Misli Premyer Liqasının 20-ci turunun bu qarşılaşması Elçin Məsiyevə tapşırılıb. Oyunun idarəsində ona kömək edəcəklər:
- Hakimlər: Pərvin Talıbov, Rəhman İmami, Rəşad Əhmədov;
- VAR: Nicat İsmayıllı;
- AVAR: Asiman Əzizli;
- Hakim-inspektor: Orxan Məmmədov.
Qeyd edək ki, matç 25 yanvar saat 18:30-da "Bank Respublika Arena" stadionunda keçiriləcək.