“Sumqayıt” futbol klubunun növbəti oyununa təyin olunan hakimlərin adları açıqlanıb. Sumqayıt24 bu haqda Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir.
Komandamız Premyer Liqanın 27-ci turu çərçivəsində “Sabah”ın qonağı olacaq. Matçı aşağıda qeyd olunan hakimlər idarə edəcək:
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Qeyd edək ki, qarşılaşma “CBC Sport” telekanalında canlı yayımlanacaq.