Futbol üzrə Azərbaycan Premyer Liqasında 1-ci turun hakim təyinatları açıqlanıb. Sumqayıt24 bu barədə 5 avqust tarixində Affa.az-a istinadən xəbər verir.
“Sumqayıt” klubu mövsümün ilk rəsmi matçında “Sabah”ın qonağı olacaq. Qarşılaşma 7 avqust tarixində “Bank Respublika Arena” stadionunda baş tutacaq. Saat 19:15-də start götürəcək oyun hakimlər - Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov və Fərid Hacıyevə həvalə edilib.