Sumqayıtda “Şahmat seansı” keçiriləcək. Sumqayıt24 bu haqda 24 may tarixində xəbər verir.
Tədbir 26 may tarixində Xəzər Universiteti Sumqayıt Dünya Məktəbində baş tutacaq. Burada ölkə idman ictimaiyyətinin tanınmış nümayəndələri və digər qonaqlar iştirak edəcəklər.
“Şahmat seansı” zamanı şagirdlər Beynəxalq qrosmeyster və müvafiq idman ustaları ilə öz bacarıqlarını sınayacaq.