Sumqayıtlı cüdoçular Azərbaycan çempionatına qatılacaqlar. Bu haqda bu gün, 11 iyul tarixində Cüdo Federasiyasına istinadən xəbər veririk.
12-14 iyul tarixlərində baş tutacaq yarış U-23 qadınlar və kişilər arasında keçiriləcək. Çempionatda Sumqayıt klubları ilə yanaşı ölkənin müxtəlif regionlarından 400-ə yaxın cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Azərbaycan birinciliyində görüşlər hər gün saat 10:00-da paytaxtın Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq. İzləyici qismində iştirak etmək istəyənlər üçün giriş sərbəstdir.