Şəhriyar Məmmədyarov FIDE Qran-prisinin III mərhələsində mübarizəni dayandırıb. Sumqayıt24 bu haqda turnirin rəsmi saytına istinadən xəbər verir.
Almaniyanın paytaxtı Berlində təşkil olunan qran-prinin yarımfinal mərhələsində şahmatçımız amerika təmsilçisi Hikaru Nakamura ilə iki tay-breyk oyunu keçirib. Nəticədə, hər iki qarşılaşmada məğlub olan Məmmədyarov turnirlə vidalaşıb.