Sumqayıtlı şahmatçı Şəhriyar Məmmədyarov “Tata Steel Masters”də növbəti görüşünü keçirib. Sumqayıt24 bu haqda turnirin rəsmi saytına istinadən xəbər verir.
Niderlandın Veyk-an-Zee şəhərində təşkil olunan superturnirin 6-cı turunda təmsilçimiz isveçli Nils Qradelius ilə üz-üzə gəlib. Bu oyun 16-cı gedişdə heç-heçə ilə bitib.
Altı turdan sonra Məmmədyarov, Maqnus Karlsen və Vidit Santoş Qucrati ilk üçlükdə qərarlaşıblar.
Qeyd edək ki, turnirdə 14 şahmatçı mübarizə aparır.