Sumqayıtlı qrosmeyster "Norway Chess”-dəki növbəti qarşılaşmada məğlub olub. Sumqayıt24 bu haqda bu gün, 2 iyun tarixində turnirin saytına istinadən xəbər verir.
Şəhriyar Məmmədyarov bu oyunda fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlib. Qara fiqurlarla oynayan 37 yaşlı “Şah” rəqibi ilə heç-heçə etsə də, ikinci görüşündə uduzub.
Qeyd edək ki, turnirin ilk oyunu Məmmədyarovun qələbəsi ilə yekunlaşıb.