Qrossmeysterimiz "Oslo Esports Cup"-da ikinci qələbəsini qazanıb. Sumqayıt24 bu haqda turnirin rəsmi saytına istinadən xəbər verir.
Beləliklə, Şəhriyar Məmmədyarov 5-ci turda niderlandlı Aniş Giri ilə üz-üzə gəlib. Görüş sumqayıtlı idmançının 3,5:2,5 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, turnirin mükafat fondu 210.000 ABŞ dollarıdır.