Sumqayıtlı şahmatçı Çempionlar Turunun “Oslo Esports Cup” mərhələsinin yarışlarına qələbə ilə başlayıb. Sumqayıt24 bu haqda turnirin rəsmi saytına istinadən xəbər verir.
Şəhriyar Məmmədyarov 1-ci tur çərçivəsində vyetnamlı Le Quanq Liem ilə qarşılaşıb. Oyun şahmatçımızın 2,5:1,5 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, yarış aprelin 28-dək davam edəcək. Hər turda iştirakçılar rapid üzrə 4 partiyadan ibarət matçda mübarizə aparacaqlar.