Qrosmeyster Şəhriyar Məmmədyarov bu gün "Superbet Chess Classic"-də sonuncu oyununu keçirəcək. Sumqayıt24 bu haqda turnirin saytına istinadən xəbər verir.
Sumqayıtlı şahmatçı 9-cu turda ABŞ-ı təmsil edən Levon Aronyanla üz-üzə gələcək. O, qara fiqurlarla mübarizə aparacaq.
Qeyd edək ki, Məmmədyarov hazırda Rapportla birlikdə 9-10-cu pillələri bölüşür.