Şahmat ustası Şəhriyar Məmmədyarov “Superbet Chess Classic”-in son turunda heç-heçə edib. Sumqayıt24 bu barədə turnirin saytına istinadən xəbər verir.
Sumqayıtlı qrosmeyster 9-cu turda ABŞ təmsilçisi Levon Aronyanla üz-üzə gəlib. Məmmədyarovun qara fiqurlarla mübarizə apardığı oyun 36-cı gedişdə sülh ilə bitib.
Qeyd edək ki, bu oyundan sonra xallarını 3,5-ə çatdıran Şəhriyar yarışı sonuncu pillədə başa vurub.