Kişilərdən ibarət yığmamız Ümumdünya Şahmat Olimpiadasında çıxışını davam etdirir. Sumqayıt24 bu haqda 8 avqust tarixində məlumat verir.
Hindistanın Çennay şəhərində keçirilən yarışın 10-cu turunda millimiz Ermənistan seçməsi ilə qarşılaşacaq. Yığmanın tərkibində çıxış edən Şəhriyar Məmmədyarov Qabriel Sarqissyan ilə, Vasif Durarbəyli isə Manuel Petrosyan ilə üz-üzə gələcəklər.