Sumqayıtlı şahmatçılar Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini keçiriblər. Bu barədə Sumqayıt24 8 avqust tarixində xəbər verir.
Kişilərdən ibarət millimiz 9-cu turda Hindistanın 2-ci yığması ilə qarşılaşıb. Yığmamız rəqib komandası ilə sülhə razılaşıb. Millimizin tərkibində çıxış edən Şəhriyar Məmmədyarov rəqibi Qukeş Dommaracu ilə heç-heçə edib, Vasif Durarbəyli isə rəqib Rameşbabu Praqqnanandhaya məğlub olub.
Olimpiada Hindistanın Çennay şəhərində keçirilir.