Sumqayıtlı şahmatçılar dünya çempionatında növbəti oyunlarını keçirəcəklər. Bu barədə 27 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Rapid və blits üzrə birincilik Qazaxıstanın Almatı şəhərində təşkil olunub. Şəhriyar Məmmədyarov və Vasif Durarbəyli rapid növündə 6, 7, 8 və 9-cu turların görüşlərinə hazırlaşırlar.
Məmmədyarov hazırda 4 xalla 14-cü pillədə, Durarbəyli isə 2,5 xalla 98-ci pillədədir.