Qrosmeysterimiz “Champions Chess Tour” turnirində növbəti qarşılaşmalarının ikisini bərabərliklə, birini isə qalibiyyətlə başa vurub. Bu haqda bu gün, 11 iyul tarixində Sumqayıt24 xəbər verir.
“Road to Miami” onlayn turnirində Şəhriyar Məmmədyarovun qarşılaşmalarının hesablarını təqdim edirik:
- ikinci tur: Rəcəbov – Məmmədyarov 0.5:0.5;
- üçüncü tur: Məmmədyarov – Rapport 1:0;
- dördüncü tur: Voytaşek – Məmmədyarov 0.5:0.5.
Birinci tur qarşılaşmasında şahmatçımız Levon Aronyan ilə üz-üzə gəlmişdir.
Turnirə iyulun 17-də yekun vurulacaq.