Sumqayıtlı şahmatçımız Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinqində geriləyib. Sumqayıt24 bu haqda Report-a istinadən xəbər veririk.
Məlumata əsasən, Şəhriyar Məmmədyarov 2771 xalla 7-ci pillədən 10-cu sıraya geriləyib. Reytinqin 1-ci yerində norveçli dünya çempionu Maqnus Karlsen (2864), 2-ci yerində Fransa təmsilçisi Alireza Firuzca (2804), 3-cü yerində isə çinli Dinq Liren (2799) qərarlaşıblar.