Sumqayıtlı şahmatçının “Chessable Masters” yarışının ilkin mərhələsindəki nəticələri bəlli olub. Sumqayıt24 bu haqda bu gün, 23 may tarixində turnirin saytına istinadən xəbər verir.
Məlumata əsasən, Şəhriyar Məmmədyarov üç görüşünü heç-heçə ilə sonlandırıb və 22 xalla turnirin 1/4 finalına vəsiqə qazanıb.
16 tanınmış şahmatçının qatıldığı turnir mayın 26-dək davam edəcək.