Şahmatçı Şəhriyar Məmmədyarov “Aimchess Rapid” turnirində pley-offa yüksəlib. Bu barədə 18 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Sumqayıtlı qrosmeyster 13-cü turda Nodirbek Abdusattorova uduzub. Növbəti görüşlərdə o, isveçli Nils Qrandeliusu məğlub edib, ABŞ təmsilçisi Deniel Naroditski ilə isə heç-heçəyə razılaşıb.
“Şah” 27 xalla ikinci yeri tutub və turnirdə yoluna davam edib.