Şəhriyar Məmmədyarov "Chessable Masters"-də mübarizəni dayandırıb. Sumqayıt24 bu haqda bu gün, 24 may tarixində turnirin saytına istinadən xəbər verir.
Məlumata əsasən, şahmatçımız onlayn turnirin dördüncü mərhələsində çinli Dinq Lirenlə qarşılaşıb. Görüş 1,5:2,5 hesabı ilə Məmmədyarovun rəqibinin xeyrinə başa çatıb.