Şahmatçı Şəhriyar Məmmədyarov "Norway Chess"-də növbəti rəqibi ilə üz-üzə gələcək. Sumqayıt24 bu haqda turnirin saytına istinadən xəbər verir.
Sumqayıtlı qrosmeyster yarışın dördüncü günündə çinli Van Haonu qəbul edəcək. Hazırda 4 xalla 6-cı pillədə qərarlaşan təmsilçimiz, bu oyunda qara fiqurlarla oynayacaq.
Qeyd edək ki, Norveçin Stavanger şəhərində keçirilən turnirin mükafat fondu yerli valyuta ilə 2.500.000 kron (451 min manat) təşkil edir.