Sumqayılı şahmatçının "Oslo Esports Cup"-da növbəti rəqibi bəlli olub. Sumqayıt24 bu haqda bu gün, 27 aprel tarixində turnirin saytına istinadən xəbər verir.
Məlumata görə, 6-cı turda 37 yaşlı Şəhriyar Məmmədyarov niderlandlı Yorden van Forrestlə üz-üzə gələcək.
Xatırladaq ki, təmsilçimiz ötən turda digər niderlandlı şahmatçı Aniş Girini məğlub edib.