Qrossmeyster Şəhriyar Məmmədyarov bu gün "Oslo Esports Cup"-da növbəti rəqibi ilə qarşılaşacaq. Sumqayıt24 bu haqda 23 aprel tarixində, turnirin rəsmi saytına istinadən xəbər verir.
Məlumata görə, 37 yaşlı şahmatçımız 2-ci tur çərçivəsində Hindistan təmsilçisi Rameşbabu Praqnanandha ilə mübarizə aparacaq.
Qeyd edək ki, turnirin mükafat fondu 210.000 ABŞ dollarıdır.