Sumqayıtlı şahmatçı "Oslo Esports Cup" adlanan turnirdə iştirak edəcək. Bu haqda bu gün, 15 aprel tarixində Report-a istinadən xəbər veririk.
Məlumata əsasən, Şəhriyar Məmmədyarovla yanaşı 7 dünya şöhrətli şahmatçı "Champions Chess Tour" onlayn seriyasının ilk mərhələsinə qatılacaqlar. Yarışda Maqnus Karlsen, Aniş Giri, Yorden van Forrest, Yan-Kşiştof Duda, Le Kuanq Lye, Ramebabu Praqnanandha və Erik Hansen iştirak edəcəklər.
Norveçli dünya çempionu Karlsenin təşkil etdiyi turnirin mükafat fondu 210.000 dollardır. Yarış aprelin 22-də başlaya