Şahmatçımız Şəhriyar Məmmədyarov "Superbet Chess Classic"-də rəqibinə məğlub olub. Sumqayıt24 bu haqda turnirin saytına istinadən xəbər verir.
Sumqayıtlı “Şah” 8-ci turda ABŞ təmsilçisi Lenyer Domingeslə qarşılaşıb. Ağ fiqurlarla mübarizə aparan Məmmədyarov 43-cü gedişdə təslim olub.
Qeyd edək ki, ötən tur təmsilçimizin qələbəsi ilə yadda qalıb.