Şahmatçı Şəhriyar Məmmədyarov bu gün "Superbet Chess Classic"-də 6-cı turun oyununa çıxacaq. Sumqayıt24 bu haqda 11 may tarixində, turnirin saytına istinadən xəbər verir.
Bu turda sumqayıtlı qrosmeyster Fransa təmsilçisi Alireza Firuzca ilə üz-üzə gələcək. Məlumata görə, “Şah” ağ fiqurlarla mübarizə aparacaq.
Qeyd edək ki, hazırda Şəhriyar Məmmədyarov 1,5 xalla turnir cədvəlinin sonuncu - 10-cu pilləsində qərarlaşıb.