Sumqayıtlı şahmatçı “Kapablanka memorialı”nda son turun oyununu keçirəcək. Turnir Kubanın paytaxtı Havanada 55-ci dəfədir ki təşkil olunub. Sumqayıt24 bu haqda bu gün, 28 aprel tarixində xəbər verir.
Beləliklə, təmsilçimiz Vasif Durarbəyli 9-cu turda hindistanlı Surya Şexar Ganguli ilə qarşılaşacaq. Ötən 8 turun nəticəsinə görə, o, 4,5 xalla dördüncü yerdədir.
Qeyd edək ki, turnirdə Azərbaycan və Kuba ilə yanaşı ABŞ, Argentina, Hindistan və Türkiyədən 10 şahmatçı iştirak edir.