Şahmatçı Şəhriyar Məmmədyarov FIDE Qran-prisinın III mərhələsində ilk yarımfinal görüşünə çıxacaq. Sumqayıt24 bu haqda bu gün, 30 mart tarixində Oxu.az-a istinadən xəbər verir.
Sumqayıtlı qrossmeyster ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşacaq. Əsasnaməyə görə, yarımfinal mərhələsi iki oyundan, ehtiyac yarandığı halda isə tay-breykdən ibarət olacaq. Görüşə bu gün Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.
Qeyd edək ki, 4 aprel tarixində yekunlaşacaq turnirin ümumi mükafat fondu 150 min avrodur. Hazırkı durumda Şəhriyar Məmmədyarov 20 min avro gəlir əldə edib.