Şəhriyar Məmmədyarov FIDE Qran-prisinin III mərhələsinin ikinci yarımfinalında ABŞ təmsilçisi ilə yenidən qarşılaşacaq. Sumqayıt24 bu haqda bu gün, 31 mart tarixində turnirin rəsmi saytına istinadən xəbər verir.
Məlumata əsasən, qrossmeysterimizin rəqibi Hikaru Nakamura qara fiqurlarla oynayacaq.
Şahmatçımızın ötən oyunu heç-heçə ilə başa çatıb.