Sumqayıtlı şahmatçı Şəhriyar Məmmədyarov dünya çempionuna məğlub olub. Bu haqda bu gün, 7 iyun tarixində Sumqayıt24 turnirin saytına istinadən xəbər verir.
Qrosmeysterimiz "Norway Chess" turnirinin əsas mərhələsində Maqnus Karlsenə yenilib. Hazırda 8,5 xalı olan şahmatçımız 4-cü pillədə qərarlaşıb.
Norveçin Stavanger şəhərində keçirilən turnir iyunun 10-da başa çatacaq.