Şahmatçımız "Superbet Chess Classic"-də ikinci məğlubiyyəti ilə üzləşib. Sumqayıt24 bu barədə turnirin saytına istinadən xəbər verir.
Şəhriyar Məmmədyarov 5-ci turda fransalı Fabiano Karuana ilə qarşı-qarşıya gəlib. Qara fiqurlarla mübarizə aparan təmsilçimiz 66-cı gedişdə məğlub olub.
Qeyd edək ki, sumqayıtlı “Şah” ötən il baş tutmuş "Superbet Chess Classic" turnirində 1-ci yerə layiq görülmüşdür.