Şahmatçımız "Norway Chess”-də ilk qələbəsini qazanıb. Sumqayıt24 bu haqda turnirin rəsmi saytına istinadən xəbər verir.
Şəhriyar Məmmədyarov 1-ci turda norveçli Aryan Tari ilə qarşılaşıb. Ağ fiqurlarla oynayan təmsilçimiz 28-ci gedişdə heç-heçəyə razılaşsa da, ikinci görüşdə rəqibini məğlub edib. Oyun 36-cı gedişdə yekunlaşıb.
Qeyd edək ki, Norveçin Stavanger şəhərində təşkil olunan turnirin mükafat fondu 2.500.000 (451 min manat) Norveç kronudur.