Qrosmeyster Şəhriyar Məmmədyarov “Chessable Masters” turnirinin I turunda iştirak edəcək. Sumqayıt24 bu haqda bu gün, 19 may tarixində turnirin saytına istinadən xəbər verir.
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının dördüncü mərhələsində, təmsilçimiz qara fiqurlarla kanadalı Erik Hansenlə mübarizə aparacaq.
Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollardır.