Şahmatçı Şəhriyar Məmmədyarov "Sinquefield Cup”-da ilk qələbəsini qazanıb. Bu barədə 6 sentyabr tarixində turnirin rəsmi səhifəsinə istinadən xəbər veririk.
Sumqayıtlı qrosmeyster 4-cü turda norveçli Maqnus Karlsenlə üz-üzə gəlməli idi. Lakin dünya çempionu yarışdan imtina edib və Məmmədyarova texniki qələbə verilib. Hazırda o, 2 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, ABŞ-nin Sent-Luis şəhərindəki turnir "Grand Chess Tour"-un sonuncu mərhələsidir.