Şəhriyar Məmmədyarov "Vüqar Həşimov Memorialı-2022"-də yenə qələbəyə həsrət qalıb. Bu haqda 20 dekabr tarixində Sumqayıt24 xəbər verir.
VIII beynəlxalq şahmat turnirində rapid növü üzrə 4, 5 və 6-cı turların oyunları keçirilib. Sumqayıtlı qrosmeyster Riçard Rapport (Rumıniya), Qukeş Dommaracu (Hindistan) və Fransisko Valyexo (İspaniya) ilə heç-heçəyə razılaşıb.
Hazırda Şəhriyar Məmmədyarovun hesabında 5 xalı var.