“Sumqayıt”ın baş məşqçisi komandanın çıxışını dəyərləndirib. Sumqayıt24 bu haqda 9 mart tarixində xəbər verir.
Samir Abasov yetirmələrinin “Səbail”lə səfər oyununda qazandıqları qələbədən danışıb:
"Komandamı təbrik edirəm, əzmkar qələbə idi. Bilmirəm, bu qələbəni bəxtə bağlamaq olar, ya yox. Oyun başlayanda epziodlarımız var idi. İkinci yarıda rəqibin təzyiqini gözləyirdik. Futbolçularıma, azarkeşlərimizə təşəkkür edirəm”.