Saray qəsəbə 3 nömrəli məktəbinin komandası “Şahin” hərbi-idman oyununda uğurla çıxış edib. Bu haqda bu gün, 16 aprel tarixində AZƏRTAC-a istinadən xəbər veririk.
Məlumata əsasən, yarışda 8-10-cu sinif şagirdləri iştirak ediblər. Yarışın yekun nəticəsinə əsasən Saray qəsəbə 3 nömrəli məktəbin komandası 1-ci yerə, Novxanı kənd 1 nömrəli tam orta məktəbin komandası 2-ci yerə, Mehdiabad qəsəbə 2 nömrəli tam orta məktəbin komandası isə 3-cü yerə layiq görülüblər. Qalib komandalara Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.
Yarışın qalibi Sumqayıtda keçiriləcək zona biçinciliyində iştirak edəcək.