Sumqayıtlı şahmatçı “Sinquefield Cup”da növbəti görüşünü keçirib. Bu barədə 7 sentyabr tarixində turnirin rəsmi səhifəsinə istinadən xəbər veririk.
ABŞ-nin Sent-Luis şəhərində təşkil olunan yarışın 5-ci turunda 37 yaşlı Şəhriyar Məmmədyarov Fabiano Karuana (ABŞ) ilə üz-üzə gəlib. Qrossmeysterimiz matçın 33-cü gedişində rəqibi ilə “sülh bağlayıb”.
Daha öncə şahmatçımızın Maqnus Karslenlə qarşılaşmasının baş tutması haqda məlumat vermişdik.