“Sumqayıt” basketbol klubu “Kəpəz”lə qarşılaşıb.
Sumqayit24.az xəbər verir ki, oyun Azərbaycan Basketbol Liqasının XV turu çərçivəsində keçirilib. Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan B qrupunun matçında qonaqlar 90:81 hesablı qələbə qazanıblar.